Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış Qrupu 2010-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Hüseyn Sübhanoviç Rəsulovun cəsədini Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.