RU

16 yaşlı qızı Aşağı Güzdək qəsəbəsinin mollası qaçırtdı

16

Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.“Ulusum.”az xəbər verir ki, Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirov deyir ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib:“Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. “Boşanmışa qız vermərik” deyərək, imtina ediblər”.16 yaşlı qız isə imamla öz istəyi ilə getdiyini bildirib:“Turab mənə çox dedi ki, “18 yaşın tamam olsun, sonra qaçaq”. Mən dedim “gəl gedək”. Onsuz da 1 ay yarımdan sonra 17 yaşım tamam olacaq”.Qeyd edək ki,16 yaşlı qız qaçırıldıqdan sonra onun ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.Ətraflı İTV-nin videomaterialında:

Diqqət Çəkənlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub - FOTO

Qoxu itkisi Alzheimer və Parkinsonun xəbərçisi ola bilər

Un az, yağ az, dad çox – kəsmikli kökə

Избранный
11
16
ulusum.az

10Источники