RU

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

"Real"ın futbolçusu Vinisius Junior sosial şəbəkə hesabındakı səhifəsindən klubla bağlılıq qeydini, həmçinin, Madrid təmsilçisinin formasında olan fotoşəkillərdən bir neçəsini silib.

Fanat.Az xəbər verir ki, ulduz futbolçunun profilindəki dəyişikliklər klublararası dünya çempionatında "Əl-Hilal"la 1:1 hesablı heç-heçə bitən oyundan sonra azarkeşlərin təzyiqi ilə əlaqələndirilir. 

Azarkeşlər onun meydandakı çıxışından narazı qaldıqlarını bildirib, hətta onu klubdan getməyə çağırıblar.

Vinisius ötən mövsüm  “Qızıl top” uğrunda səsvermədə 2-ci yeri tutsa da, bu il dəyərdən düşmüş futbolçular siyahısında yer alır.

Избранный
15
fanat.az

1Источники