RU

ABŞ İranın yaxın iki gündə cavab zərbəsi endirəcəyinə hazırlaşır

ABŞ administrasiyası Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin bombalanmasından sonra İranın cavab zərbəsi endirməsinə qarşı hazırlaşmağa başlayıb.
 
Bu barədə NBC telekanalına istinadla xəbər verir.
 
Bildirilir ki, Tramp administrasiyası cavab tədbirlərinin ABŞ-nin yalnız xaricdəki obyektlərinə, yoxsa öz ərazilərinə də toxunacağını hələ bilmir.
 
Ağ Ev İranın qarşıdakı iki gün ərzində cavab zərbəsi endirəcəyini gözləyir.
 
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.
Избранный
5
50
moderator.az

10Источники