Azərbaycanda dərman qiymətlərinə Tarif Şurası nəzarət edir. Tarif Şurası dərman preparatlarının yuxarı qiymət həddini müəyyən edir. Yəni qurumun müəyyən etdiyi qiymət dərmanın ən baha qiyməti hesab edilir. Ondan aşağı qiymət isə əczaçılarn, sahibkarların istəyi ilə müəyyənləşir.
Bəzi dərmanların arasında isə xeyli qiymət fərqi olur. Xüsusilə, eyni ölçüdə və eyni tərkibdə olan vitamin preparatlarında bu fərq özünü daha çox göstərir. Bu vitaminlər digər dərman vasitələri kimi əvəzedici deyil, birbaşa həkimin reseptdə yazdığı vitaminin özüdür, yəni tərkib, doza eynidir, lakin istehsalçı ölkə fərqlidir.
İstehsalçı fərqi 2-3 dəfə qiymət artımına səbəb ola bilərmi? Burada daha hansı məqamlar var?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim terapevt Rasif Bağırov burada müxtəlif amillərin təsirinin olduğunu bildirib:
“Eyni tərkibdə və eyni ölçüdə olan vitamin preparatlarının fərqli qiymətdə olmasına müxtəlif amillərin təsiri var. Buna təsir edən amillər dərmanın hansı ölkədə, bizim ölkəyə yaxın və ya uzaq ölkədə istehsal olması, daşınma məsələsindəki xərclər və o xərclərin də qiymətə əlavə olunması ilə əlaqədardır.
Avropada istehsal olunursa, qiyməti daha baha olur, Türkiyə, İranda istehsal olunursa, qiyməti ucuz olur”.
Həkim burada dərmanın hazırlandığı xammalın da rolunun olduğunu bildirib:
“Əgər xammal Avropadandırsa, bir az baha olur. Əgər Hindistan və ya Çin xammalından ibarətdirsə, onda qiyməti ucuz olur. Müxtəlif faktorlar dərmanların qiymətinə təsir edir və bunlar real təsirlərdir. Əlbəttə, dərman uzaq məsafədən daşınırsa, buna çox pul xərclənirsə, təbii ki, bu, bir az baha olacaq”.
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта