Qazaxıstan Respublikası NVIDIA H200 bazası üzərində öz kompüterinin istehsalına başlayacaq.
Demokrat.az xəbər verir ki, bunu öz İnstagram səhifəsində “Qazaxtelekom”un İdarə Heyətinin sədri Bağdad Musin yazıb. O bildirib ki, superkompüter texnikasının yığımına hazırdılar. Çox yaxın günlərdə Almatıda “Qazaxtelekom”un data-mərkəzində ilk montaj işlərinə başlanacaq. 10 gündən sonra istehsal müəssisəsi işə düşəcək.