ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Yunayted"in hücumçusu Markus Raşford "Barselona"nın vingeri Lamin Yamal haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, "Youtube" üzərindən qoşulduğu "xBuyer" səhifəsində bülə danışıb:
"Yamal? Onun nə etdiyini sözlə ifadə etmək çətindir. Çünki normalda o, 16, 17 yaşında bunu etməməlidir. O, ən yüksək səviyyədə oynayır. Mən bunu əvvəllər görmədiyimizi düşünmürəm. Onun mentalitetinə sahib olmaq bir bacarıqdır. Belə gənc yaşda etdiyi işlərə baxıb qənaəyə gəlirsən ki, o, normal biri deyil. Onun futbol qabiliyyətinə əsasən "Qızıl top"u qazanmalı olduğunu düşünürsən. Amma sonra Usmane Dembeleyə baxırsan, adam Çempionlar Liqasını qazanıb...".
Qeyd edək ki, Raşfordun adı "Barselona" ilə hallanır.
Mirağa
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.