ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda radiasiya sızması aşkar edilməyib.
"Ölkə.az" xəbər verir ki, İslam Respublikasının Atom Enerjisi Təşkilatı dərhal lazımi yoxlamalar həyata keçirdib.
Agentliyin açıqlamasında bildirilir ki, İranın Atom Enerjisi Təşkilatı ABŞ-ın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar etməyib.
Əhali üçün heç bir təhlükə olmadığı bildirilib.