RU

Husilər ABŞ ilə atəşkəs razılaşmasından çıxdılar: Amerika qüvvələrinə zərbə endirəcəklər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəmənin qiyamçı "Ənsar Allah" hərəkatından olan husilər ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinə cavab olaraq, Birləşmiş Ştatların Qırmızı dənizdəki qüvvələrinə hücumlara başlayacaqlar.

Oxu.Az xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buheyti "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, husilər İrana qarşı təcavüzün dayanmadığı müddət ərzində münaqişənin miqyasını genişləndirəcəklər.

O həmçinin əlavə edib ki, ABŞ və Yəmən üsyançıları arasında atəşkəs razılaşması artıq öz qüvvəsini itirib.

Xatırladaq ki, mayın əvvəlində ABŞ administrasiyası və husilər Omanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
oxu.az

1Источники