Həm şəxsi həyatı, həm də səmimi açıqlamaları ilə tez-tez gündəmə gələn müğənni İrem Derici bu dəfə estetik əməliyyatla bağlı etirafıyla sosial mediada gündəm olub.
Derici “Instagram” hesabında keçirdiyi sual-cavab zamanı izləyicisinin estetik əməliyyatla bağlı sualını cavablandırıb.
“Bacı, süd vəzilərimi əməliyyat etdirəcəyəm, sən heç peşman olmusanmı?” sualına İrem belə cavab verib:
“Bəli, peşmanam. Ən qısa zamanda kiçiltməyə hazıram. Əməliyyat etdirəndə 45 kilo idim, indi 58”.
Bu səmimi açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkən sənətçiyə izləyicilərindən dəstəkləyici rəylər gəlib.
Musavat.com
Tarix: 22 İyun 2025, 15:16