RU

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

"Real Madrid" klubu yarımmüdafiəçisi Vinisius Juniorla müqavilənin uzadılması ilə bağlı razılığa gəlib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Madrid Zone" yayıb. 

Mənbənin məlumatına görə, yeni müqavilənin rəsmi elanı klublararası dünya çempionatı başa çatdıqdan dərhal sonra olacaq. 

Yeni anlaşmanın müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. 24 yaşlı vingerin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi hesablanıb. 
"Transfermarkt" Vinisiusu 170 milyon avro dəyərində qiymətləndirir. 
Braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. 2024/25 mövsümündə o, 53 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib.

Mirağa 

Избранный
13
1
fanat.az

2Источники