RU

Abbas Araqçi bu gün Moskvaya gedəcək

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvaya rəsmi səfər edəcək.

Bu barədə o, İstanbulda keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüş planlaşdırılır və əsas mövzu ABŞ ilə dolayı danışıqlar və regionda artan gərginlik olacaq.

Araqçi qeyd edib ki, İran son aylarda Rusiya ilə mövqelərini koordinasiya edir və Moskva ilə sıx məsləhətləşmələr aparılır.

O, həmçinin Rusiyanın Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasında İran əleyhinə addımların qarşısını almağa çalışdığını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
baku.ws

2Источники