Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası bu gün Avropa Gümüş Liqasının 2025-ci il mövsümündə sonuncu matçına çıxıb.
Arena.az xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriya yığmasını sınağa çəkib.
İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər üç setdə uduzub.
Nəticədə Azərbaycan millisi turniri 6 xalla başa vurub.
Avropa Gümüş Liqası
3-cü tur, 6-cı oyun
21 iyun
Avstriya – Azərbaycan 3:0 (25:18, 25:18, 25:14)
Hakimlər: David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka).
Sandur, “Höllin inni i Dal”.