RU

“Araz-Naxçıvan”ın rəqibi üçüncü transferini reallaşdırdı


UEFA Konfrans Liqasında "Araz-Naxçıvan"ın rəqibi olan Yunanıstanın “Aris” klubu üçüncü transferini reallaşdırıb.

News24.az xəbər verir ki, 25 yaşlı ispanyalı müdafiəçi Pedro Alvaro Salonikiyə gəlib.

Portuqaliyanın "Estoril" klubunun sabiq futbolçusunu “Aris” idman direktoru Ruben Reyes qarşılayıb. Pedro Alvaro tələb olunan tibbi və fiziki testlərdən keçdikdən sonra “Kleantis Vikelidis” stadionunda onu ən azı üç il komandada saxlayacaq yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Aris” daha öncə Taso Donis ilə Noa Fandiqanı transfer edib. Saloniki təmsilçisi "Araz-Naxçıvan"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü iyulun 31-də öz meydanında keçirəcək./teleqraf

Избранный
41
news24.az

1Источники