RU

Fox News: İranın nüvə ambisiyaları rəsmən ölüb

ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirərkən bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Fordo yeraltı gizli kompleksinə B-2 görünməz bombardmançı təyyarələrindən beş-altı güclü bomba atılıb, halbuki əvvəllər iki bombanın kifayət edəcəyi güman edilirdi. Telekanal iddia edir ki, “İranın nüvə ambisiyaları rəsmən ölüb”.

Fordodan başqa, digər iki nüvə obyekti – İsfahan və Nətənzdə də hücuma məruz qalıb. Telekanala görə, hədəflərdən təxminən 640 km məsafədə yerləşən sualtı qayıqlardan bu obyektlərə təxminən 30 “Tomahawk” raketi buraxılıb.

Избранный
18
6
nocomment.az

8Источники