RU

ABŞ iranı "bütün bombaların anası" ilə VURUB

ABŞ İrandakı nüvə obyektlərinə hücum zamanı “B-2 Spiri”t bombardmançılarından və "bütün bombaların anası" kimi tanınan GBU-57 E/B Massive Ordnance Penetrator (MOP) istifadə edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Pentaqon katibi Pit Heqset bildirib:

"Bu, “B-2 Spirit” bombardmançılarının 2001-ci ildən bəri ən uzun missiyasını yerinə yetirdiyi və MOP-dan ilk dəfə döyüşdə istifadə etdiyi tarixi bir zərbə idi".

Onun sözlərinə görə, ABŞ İsfahandakı obyektə zərbə endirərkən “iyirmidən çox qanadlı raketdən” istifadə edib. O, həmçinin qeyd edib ki, Vaşinqton İrana zərbələr endirərkən ümumilikdə 75 dəqiq idarə olunan hərbi sursatdan istifadə edib.

Heqseh ABŞ-nin İrana zərbələrinin həftələrdir yüksək məxfilik şəraitində hazırlandığını vurğulayıb.

Избранный
25
38
cebheinfo.az

10Источники