RU

Süveyş kanalında yük gəmisi saya oturdu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Red Zed 1" yük gəmisi Süveyş kanalından keçərkən idarəetməni itirərək saya oturub.

Oxu.Az xəbər verir ki, bu barədə Süveyş kanalının mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, gəminin özünə ciddi ziyan dəyməyib. Qəzanın fəsadları 60 dəqiqə ərzində aradan qaldırılıb.

Məlumata görə, "Red Zed 1" iyunun 20-də Misirdən çıxaraq Sudana hərəkət edən, Liberiya bayrağı altında üzən gəmidir.

Xatırladaq ki, 2021-ci ilin martında konteyner gəmisi Süveyş kanalından keçərkən saya oturmuş, nəticədə ərazidə 6 gün ərzində naviqasiya dayandırılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
oxu.az

1Источники