Mərhum Əməkdar artist, tanınmış müğənni Yaqub Zurufçunun oğlu Atilla Zurufçu orta musiqi təhsilini qırmızı diplomla başa vurub.
Musavat.com xəbər verir ki, bu barədə Atilla Zurufçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib. O, musiqi məktəbini yüksək nəticə ilə bitirdiyini qeyd edib və diplomun təqdimatı zamanı çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Atilla atasının yolunu davam etdirərək musiqi sahəsində fəaliyyətini davam etdirmək niyyətindədir.
Şahanə Rəhimli
Musavat.com
