RU

Bakıda restoranda kütləvi dava: Polis əməkdaşları cəlb olundular

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda restoranda kütləvi dava olub.

Oxu.Az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "Milord" şadlıq sarayında baş verib.

Belə ki, məclis bitdikdən sonra qonaqlar yol kənarında mübahisə etməyə başlayıblar və bu mübahisə əlbəyəxa davaya çevrilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Hadisə nəticəsində restoranın qarşısındakı yolda sıxlıq yaranıb, nəqliyyatın hərəkəti çətinləşib.

Həmin görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
oxu.az

3Источники