RU

Çin BMT Təhlükəsizlik Şurasından dərhal atəşkəs çağırışı ilə bağlı qətnamə qəbul etməsini gözləyir

ain.az bildirir, Apa.az portalına istinadən.

Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İrana qarşı hücumlarını pisləyən və dərhal, qeyd-şərtsiz atəşkəsə çağıran qətnamə layihəsinin qəbul ediləcəyinə ümid edir.

APA xəbər verir ki, bu barədə BMT-dəki fövqəladə iclas zamanı Çinin təşkilatdakı daimi nümayəndəsi Fu Tsun çıxışında bildirib.“Çin ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyir,” – deyə Fu Tsun vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın bu addımları BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququ, eləcə də İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur.

Çinli diplomat bildirib ki, bu hücumlar Yaxın Şərqdə gərginliyi daha da artırıb və beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ciddi zərbə vurub.

“Pekin dərhal atəşkəsə və bütün silahlı toqquşmaların dayandırılmasına çağırır. Biz əminik ki, Yaxın Şərqdə sülh güc tətbiqi ilə əldə oluna bilməz,” – deyə Fu Tsun qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
32
apa.az

10Источники