RU

Azərbaycan cüdoçuları Berlində 9 medal qazandılar

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın ikinci və sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.

90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələniblər.

81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.

Избранный
30
7
publika.az

3Источники