RU

Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazandılar

BAKI. 23 iyul. TELEQRAF

Azərbaycan cüdo yığması Almaniyanın paytaxtı Berlində keçirilmiş gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, yarışın ikinci - sonuncu günündə daha 4 idmançı fəxri kürsüyə yüksəlib.

90 kq çəki dərəcəsində Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib.

81 kq-da Süleyman Şükürov, 100 kq-dan yuxarı çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, ilk yarış günündə Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) bürünc medala yiyələnib.

Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

Избранный
36
14
teleqraf.com

10Источники