RU

Ed Şiran yeni mahnısını təqdim etdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur müğənni Ed Şiran "Formula-1" filmi üçün yazılmış saundtrekini təqdim edib.

Oxu.Az xəbər verir ki, "Drive" adlı mahnı artıq musiqi platformalarında dərc olunub.

Sinql "Formula-1" filminin saundtrek kolleksiyasına daxil ediləcək. Filmin premyerası iyunun 27-də ABŞ-də olacaq. Filmdə baş rolda Bred Pitt çəkilib. O, gənc yarışçı Coşua Pirs üçün məsləhətçi olan keçmiş "Formula-1" iştirakçısı Sonni Heys rolunu oynayıb.

Ed Şirana gəlincə, o, hazırda yeni "Play" albomu üzərində işləməyə davam edir. Albom sentyabrın 12-də buraxılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
oxu.az

1Источники