RU

İsmayıllıda oğlu tərəfindən boğazı kəsilən kişi öldü

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi ölüb.

Oxu.Az-ın məlumatına görə, iyunun 17-də oğlu tərəfindən bıçaqlanan Talıstan kənd sakini, 1968-cı il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Əzizov dünən axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, iyunun 17-də İsmayıllı rayonunun Talıstan kəndi ərazisində kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov sərxoş vəziyyətdə olan atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
oxu.az

4Источники