RU

İran əlindəki ən böyük “kozırı” işə salır - Hörmüz boğazı bağlanır…


İyunun 13-də İsrailin İrana hava hücumundan sonra Yaxın Şərqdə gərgin vəziyyət davamdir. Tərəflərin bir-birinə qarşı hücumlarının artdığı bir vaxtda, ABŞ bombardmançılarının İranın nüvə obyektlərinə zərbələr endirməsi Yaxın Şərqdə vəziyyəti daha da kritik həddə çatdırıb.

ABŞ-ın hücumlarına qarşı sərt açıqlamalar verən İran cəbhəsindən diqqətçəkən bir addım atıldı. İran mətbuatı yazır ki, İran parlamenti Hörmüz boğazının bağlanmasını təsdiqləyib.

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Kevseri parlamentin Hörmüz boğazının bağlanmalı olduğu qənaətinə gəldiyini deyib. Onun sözlərinə görə, bununla bağlı yekun qərarı Milli Təhlükəsizlik Ali Şurası verəcək.

Dünyanın neft tədarükünün təxminən 20 faizi Hörmüz boğazının bağlanmasından birbaşa təsirlənəcək.

TAHİR

Избранный
16
baki-xeber.com

1Источники