RU

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

Klublararası dünya çempionatında ikinci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son iki oyunu G və H qruplarında keçirilib. 

"Zalsburq" (Avstriya) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) matçında qapılara qol vurulmayıb. 
  
G qrupunda isə “Mançester Siti” BƏƏ-nin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə məğlub edib. "Şəhərlilər"in heyətində İlkay Gündoğan (8 və 73-cü dəqiqə) dubl edib, digər qolları Klaudio Eçeverri (27), Erlinq Holand (45+5-pen.), Oskar Bobb (84) və Rayan Çerki (89) vurublar.
Bununla da, “Mançester Siti” xallarının sayını 6-ya çatdıraraq adını 1/8 finala yazdırıb. G qrupundan növbəti mərhələyə keçən digər komanda hesabında 6 xal olan “Yuventus”dur. Son turda bu komandalar qrup liderinin adına aydınlıq gətirəcək. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Избранный
7
fanat.az

1Источники