RU

"Bütün dünya özünü nüvə fəlakətinin astanasında tapa bilər" - rus diplomat ABŞ-ı "topa tutdu"


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın İrana hücumunu sərt tənqid edib. Rusiyalı diplomat bildirib ki, ABŞ öz hərəkətləri ilə Pandoranın qutusunu açıb və bunun hansı yeni nəticələrə səbəb ola biləcəyini heç kim bilmir. Rusiya nümayəndəsi qeyd edib ki, ABŞ-ın gecə vaxtı İran obyektlərinə endirdiyi zərbələrlə daha da gərginləşən Yaxın Şərqdə vəziyyət son dərəcə təhlükəli hala çatıb. SİTAT: “Rusiya Amerika Birləşmiş Ştatlarının suveren dövlət və Birləşmiş Millətlər Təşkilatının üzvü olan İrana qarşı törətdiyi məsuliyyətsiz, təhlükəli və təxribat xarakterli hərəkətləri ən kəskin şəkildə pisləyir. Yaxın Şərqdə deeskalasiya olmadan bütün dünya özünü nüvə fəlakətinin astanasında tapa bilər. Xatırlatmaq istərdim ki, heç kim ABŞ-a belə hərəkətlərə icazə verməyib. Biz israrla amerikalı həmkarlarımıza İranın nüvə proqramı ilə bağlı ziddiyyətlərin dinc, qarşılıqlı məqbul həll yollarını tapmaq üçün vasitəçilik xidmətlərimizi təklif etdik."

Mətləb Salahov

Избранный
4
baki-xeber.com

1Источники