"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler klublararası dünya çempionatında "Paçuka" ilə matçda qol vurub.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü 43-cü dəqiqədə hesabı 2:0-a çatdırıb.
Opta-nın məlumatına görə, Güler son onilliyin başlanğıcından bu yana komandanın heyətində bütün turnirlərdə 10 qol vuran ən gənc "Real Madrid" oyunçusudur(20 yaş 57 gün) olub.
O, bu nəticə ilə 2020-ci ildə 10 qol həddinə çatan Vinisius Junioru (20 yaş 80 gündə) üstələyib.
Qeyd edək ki, "Real Madrid" - "Paçuka" görüşü madridlilərin 3:1 qələbəsi ilə yekunlaşıb.
Super Liqa klubunda ayrılıq
Viti İtaliya yolunda
“Bayer” daha bir futbolçu ilə razılaşdı
Mbappe evə buraxıldı
“Bayer”in yeni transfer hədəfi