RU

Kredit Bürosu beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçib

BAKI, 23 iyun. TELEQRAF

2018-2025ci illər üzrə nəzər saldıqda, Kredit Bürosunun həm beynəlxalq əməkdaşlıq sahəsində mühüm addımlar atdığı, həm də öz infrastrukturunu formalaşdıraraq beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçdiyi görə bilərik.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan Kredit Bürosu 2018-ci ildə yaradılıb və hazırda 268 təşkilatla məlumat mübadiləsi həyata keçirir. Hazırda Büro maliyyə sektoruna 35dən çox fəaliyyət istiqaməti üzrə xidmət göstərir. Xarici kredit büroları bizə öz məhsul, xidmət və innovasiyalarını təqdim edirlər. Eyni zamanda, Azərbaycan Kredit Bürosu da hazırladığı innovativ həlləri xarici kredit təşkilatlarına təqdim etməyi planlaşdırır. Bu yanaşma, gələcəkdə regional əməkdaşlığın daha da gücləndirilməsinə zəmin yaradacaq," - o əlavə edib.

Избранный
26
teleqraf.com

1Источники