RU

Sosial yardım alanlara ŞAD XƏBƏR

"Milli Məclis "Yaşayış minimumu haqqında" qanuna dəyişikliyi qəbul edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək".

Publika.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların həmin imkandan tam faydalanmasına imkan vermirdi:

"Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Избранный
1
27
publika.az

2Источники