RU

D.Trampın addımları nə ilə nəticələnə bilər? » AzadMedia.az

D.Trampın


İranın nüvə obyektlərinə endirilən zərbələrin uğurlu olması barədə "ABŞ prezidenti Donald Tramp bildirib

Yanvarda "sülh carçısı" olacağı vədi ilə Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında gərgin münaqişəyə müdaxilə edərək, Yaxın Şərqdə sülh əvəzinə yeni bir müharibə təhlükəsi ilə üz-üzə qalan bölgədə Amerikanın aktiv iştirakını təmin edib.

Tramp Ağ Evdən xalqa müraciətində, ABŞ qüvvələrinin İranda üç nüvə obyektinə zərbələr endirməsindən cəmi iki saat sonra bu əməliyyatı "möhtəşəm uğur" kimi qiymətləndirib.

O, bu addımın İranın gələcəkdə nüvə gücünə çevrilməsi potensialını aradan qaldıraraq, bölgədə daha davamlı sülhün bərqərar olunmasına imkan yaradacağına ümid etdiyini bildirib.

Zərbələrin gələn dəfə daha pis və daha asan olacağı barədə ABŞ prezidenti İrana xəbərdarlıq edib

İran, ABŞ-ın endirdiyi zərbələr nəticəsində Fordodakı güclü mühafizə olunan nüvə obyektində yalnız kiçik ziyan dəydiyini bildirib. Hər iki tərəfin iddialarının doğru olub-olmadığını isə zaman göstərəcək.

Bu arada Ağ Evdə keçirilən mətbuat konfransında vitse-prezident JD Vəns, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə birlikdə çıxış edən ABŞ prezidenti Donald Tramp İranı nüvə proqramından imtina etmədiyi təqdirdə daha sərt və daha asan həyata keçiriləcək hücumlarla qarşılaşacağı barədə xəbərdar edib.

Tramp bildirib ki, hələ də "çoxlu hədəf var" və ABŞ həmin obyektləri "sürət, dəqiqlik və bacarıqla" vurmağa hazırdır.

Bununla belə, bəzi müşahidəçilər prezidentin özünəinamlı çıxışlarına baxmayaraq, İranla uzunmüddətli hərbi qarşıdurmanın ABŞ, region və dünya üçün ən pis ssenari ola biləcəyini qeyd edirlər.

BMT baş katibi Antoniu Quterreş ABŞ-ın bu qərarının "xaosun dərinləşməsi" riskini artırdığını bildirərək, Yaxın Şərqin onsuz da "kənar həddə" olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın ali dini lideri ayətullah Əli Xamenei ABŞ-ın hücumu halında mütləq cavab veriləcəyini bəyan etmişdi. Bu halda isə Amerikanın da qarşılıq verməyə məcbur qalacağı istisna edilmir.

Избранный
26
1
azadmedia.az

2Источники