RU

"Azərbaycan Kredit Bürosu" 268 təşkilatla əməkdaşlıq edir, 35-dən çox sahədə xidmət göstərir

"Azərbaycan Kredit Bürosu" 2018–2025-ci illər ərzində həm beynəlxalq əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atıb, həm də infrastrukturunu inkişaf etdirərək beynəlxalq standartlara uyğun sertifikatlaşdırma prosesini uğurla tamamlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Kredit Bürosu"nun baş direktoru Elçin Həbibov bildirib. O, Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edərək qeyd edib ki, hazırda büro 268 təşkilatla məlumat mübadiləsini həyata keçirir və maliyyə sektoruna 35-dən çox fəaliyyət istiqaməti üzrə xidmət göstərir.

Elçin Həbibov bildirib ki, ötən dövr ərzində "Azərbaycan Kredit Bürosu" regionun ən böyük kredit bürosuna çevrilib. Onun sözlərinə görə, beynəlxalq kredit büroları "Azərbaycan Kredit Bürosu"na öz məhsullarını, xidmətlərini və innovativ həllərini təqdim edirlər. Paralel olaraq, büro da öz innovativ texnologiyalarını xarici tərəfdaşlara təqdim etməyi planlaşdırır.

"Bu yanaşma gələcəkdə regional əməkdaşlığın daha da güclənməsinə şərait yaradacaq," – deyə Elçin Həbibov əlavə edib.

Mayya Hüseynova

Избранный
35
valyuta.az

1Источники