RU

Ernandes fikrini dəyişdi, "Milan" istədiyini aldı

"Milan"ın müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanına keçməyə hazırdır. 

Fanat.Az xəbər verir ki, 27 yaşlı fransalı "Əl-Hilal"da oynamağa razılaşıb.

Bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb. Mənbənin məlumatına görə, klublar cinah müdafiəçisinin keçidi ilə bağlı öz aralarında razılığa gəliblər. Bir müddət əvvəl Avropanı tərk etmək istəyən futbolçu fikrini dəyişərək Simone İnzaqinin komandasına qoşulmağa hazır olduğunu bildirib. Tezliklə "Əl-Hilal" və Ernandes arasında danışıqlar başlayacaq.

Teo Ernandes bundan əvvəl “Atletiko Madrid”ə qayıtmaq istəsə də, İspaniya nəhəngi transfer məbləğində “rossonerilər”lə razılaşa bilməyib.

Mirağa

Избранный
8
fanat.az

1Источники