RU

Avropa İttifaqı İrana qarşı sanskiyaların bərpasını nəzərdən keçirir

Bakı. Trend:

Avropa İttifaqı Tehranın nüvə proqramını bərpa etməməsi üçünİrana qarşı sanksiyaların geri qaytarılmasını nəzərdən keçirir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəriKaya Kallas Aİ-yə üzv dövlətlərinin XİN rəhbərlərinin toplantısıərəfəsində deyib.

“Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində İranınöhdəlikləri var və eyni zamanda, əgər bu ölkənin nüvə proqramı iləbağlı vəziyyət yaxşılaşmasa, sanksiyaların yenidən tətbiqinə imkanverən bir mexanizm də nəzərdə tutulub”, – deyə Kallas bildirib.

Kallas İran iqtisadiyyatının hazırda qənaətbəxş olmadığını vəbunun İran xalqı üçün yaxşı olmadığını bildirib və İranın nüvəproqramını bərpa etməməsi istiqamətində çalışdıqlarını diləgətirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
3
az.trend.az

1Источники