Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) Xarici İşlər Nazirliyi ABŞ ordusunun İranın nüvə enerjisi mərkəzlərinə hücumunu pisləyib.
Publika.az xəbər verir ki, bəyanatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
“İsrail və ABŞ qondarma “sülhü qorumaq” və “təhdidləri aradan qaldırmaq” bəhanəsi ilə fiziki güc tətbiq edib və bununla da Yaxın Şərqdə gərginliyi daha da artırıblar”, - deyə Şimali Koreya Xarici İşlər Nazirliyi vurğulayıb.
KXDR diplomatik korpusu ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumunun beynəlxalq təhlükəsizliyin əsaslarını sarsıtdığına da diqqət çəkib.