İyunun 23-nə keçən gecə və səhər Ukraynanın paytaxtı Kiyev və digər ərazilər Rusiyanın növbəti kütləvi hava hücumuna məruz qalıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevə hücumlar əsasən dronlar və ballistik raketlər vasitəsilə həyata keçirilib.
İlkin məlumata görə, hücumlar nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.
Paytaxtla yanaşı, Nikolayev, Sumı, Xarkov, Xerson şəhərlərinə də hücumlar olub.