RU

Ter-Abramyan istefa verib

Robert Ter-Abramyan Samaranın "Krılia Sovetov" klubunun baş direktoru vəzifəsini tərk edir. Onun müavini Ruslan Pimenov da istefa verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Təəssüf ki, klub rəhbərliyi ilə fikirlərimiz fərqlidir, lakin bunu vaxtında etiraf etmək və Direktorlar Şurasının və İdarə Heyəti sədrinin ideyalarını həyata keçirmək imkanı vermək vacibdir", - deyə, erməni Abramyan açıqlamasında bildirib.

Ter-Abramyan və Pimenov vəzifələrinə 2025-ci ilin fevralında başlayıblar. Rusiya Premyer Liqasının başa çatan mövsümündə “Krılia Sovetov” onuncu yeri tutub. Çempionatın sonunda komandanın baş məşqçisi İqor Osinkin vəzifəsindən ayrılıb. Onu bu vəzifədə Maqomed Adiyev əvəzləyib.

Избранный
29
ikisahil.az

1Источники