RU

İran İsrailə yenidən raket zərbələri endirdi – Təl-Əviv və Aşdod partlayış səhnəsinə çevrildi

İran İsrailə qarşı raket hücumlarını yenidən intensivləşdirib.

Musavat.com xəbər verir ki, son məlumatlara görə, İsrailin şimal, cənub və mərkəz bölgələri bir neçə dalğa ilə raket atəşinə tutulub.

Raketlərdən bəziləri Təl-Əviv və Aşdod şəhərlərində partlayıb. İsrail Ordusu (ÇAXAL) ölkə üzrə əhaliyə küçəyə çıxmağı qadağan edib və fövqəladə vəziyyət elan olunub.

Hadisə regionda gərginliyin daha da artmasına səbəb olub. Hava hücumundan müdafiə sistemləri aktivləşdirilsə də, dağıntıların və yaralıların olub-olmadığı barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

Musavat.com

Избранный
14
musavat.com

1Источники