RU

Dövlət qurumları 1 ay ərzində Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı təkliflər hazırlayacaq

Bakı. Trend:

Bir sıra dövlət qurumları Şuşa şəhərinin 2026-cı il üçünİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı elanedilməsi ilə bağlı tədbirlər planı hazıralayacaq.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncamimzalayıb.

Sənədə əsasən, Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi,Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Şuşa rayonunda AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Şuşa ŞəhəriDövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs və icra prosesindəmüəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqişəxsləri) ilə razılaşdırmaqla Şuşa şəhərinin 2026-cı il üçün“İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsiilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətindəNazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Humanitarməsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam iyunun 21-dən qüvvəyə minib.

Məqalədə:
Избранный
55
3
az.trend.az

4Источники