RU

Sabah Cəlilabadın 25 kəndində qaz kəsiləcək

Sabah Cəlilabad rayonunun 25 yaşayış məntəqəsində qazın verilişi dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.
 
Bildirilib ki, iyunun 24-də saat 09:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad rayonunun 25 yaşayış məntəqəsi - Günəşli, Alar, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Məmmədcanlı, Ətcələr, Şabanlı, İnili, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir, Şiləvəngə, Adnalı və Abışabad kəndlərinin (11 min 580 abonent) təbii qazla təchizatında fasilə yaranacaq.
 
Избранный
14
20
moderator.az

10Источники