İrana zərbə endirməzdən əvvəl ABŞ təxribat manevri olaraq bölgədən əks istiqamətə bir qrup bombardmançı təyyarə göndərib.
“The New York Times” (NYT) xəbər verir ki, eyni zamanda bunker bombaları ilə təchiz edilmiş bir qrup hərbi təyyarə transponderləri söndürülmüş halda İrana doğru uçub.
B-2 strateji bombardmançı təyyarələri İran radarları tərəfindən aşkar edilmədən GBU-57 bunker bombalarını daşıya bilən yeganə hərbi təyyarədir. Qarışıqlıq yaratmaq üçün hərbi səlahiyyətlilər təxminən eyni vaxtda Missuridən iki qrup B-2 göndərmək qərarına gəliblər.
Qruplardan biri kommersiya peyk şirkətləri tərəfindən izlənilə bilən transponderləri işə salmaqla qərbə, Quam adasına doğru uçmalı idi. Yeddi bombardmançıdan ibarət digər qrup tam döyüş yükü daşıyan transponderləri söndürərək şərqdən İrana doğru uçub.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə kütləvi zərbələr endirib. ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun İranın bu nüvə obyektlərini “məhv etdiyini” iddia edir. İran prezidenti Məsud Pezeşkian ABŞ-ın cavab alacağını bildirib.
//Samir Qurbanov, Editor.az