RU

Rusiya Ukraynaya 159 PUA və 16 raketlə hücum etdi Zelenski

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiya Ukraynaya 159 PUA və 16 raketlə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı genişmiqyaslı hava hücumu həyata keçirdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, son hücum zamanı Rusiya ordusu Ukraynaya 159 pilotsuz uçuş aparatı (PUA) və 16 raket atıb. Zelenski hücumda Şimali Koreya istehsalı olan ballistik raketlərin də istifadə edildiyini qeyd edib.

Ukrayna Prezidenti Rusiyanın hücumlarının ölkənin mülki infrastrukturu və dinc əhaliyə qarşı yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu hücumlar beynəlxalq hüququn pozulması və terror aktı kimi qiymətləndirilməlidir.

Rəsmi Kiyev beynəlxalq ictimaiyyəti Ukraynaya daha güclü hava hücumundan müdafiə sistemləri ilə yardım etməyə çağırıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
bakivaxti.az

1Источники