RU

"Atletiko"nun forvardı "Botafoqo" ilə matçdan öncə ehtiyatlı danışdı

"Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlot klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Braziliya təmsilçisi "Botafoqo"ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, norveçli forvardın sözlərini AS belə çatdırıb:

"Rəqib yaxşı komandadır. Onların PSJ ilə oyunlarını ("Botafoqo" Paris komandasını 2:1 hesabı ilə yenib - red.) izləmişik. "Botafoqo" müdafiədə əla təsir bağışlayır. Bundan başqa, rəqibin əks-hücumları da olduqca təhlükəlidir. Bizi mürəkkəb rəqiblə çətin matç gözləyir".

Qeyd edək ki, "Atletiko" - "Botafoqo" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Nihat

Избранный
8
1
fanat.az

2Источники