RU

Avropa İttifaqı yenidən İrana qarşı sanksiyalar tətbiq edə bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) Tehranın nüvə proqramının bərpasının qarşısını almaq üçün İrana qarşı sanksiyalara qayıdacağını mümkün hesab edir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə bildirib.

"Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) çərçivəsində İranın öhdəlikləri var, həmçinin bu ölkənin nüvə proqramı ilə bağlı vəziyyət yaxşılaşmayacağı təqdirdə sanksiyaların yenidən tətbiqinə imkan verən mexanizm var… İran iqtisadiyyatı elə də yaxşı işləmir və bu, İran xalqı üçün yaxşı deyil, biz İranın nüvə proqramını bərpa etməməsi üçün çalışırıq", - Kallas bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
oxu.az

1Источники