RU

Aİ Moldovada seçkilərə müdaxilədə ittiham olunur

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropa İttifaqı Moldovada seçki kampaniyasına birbaşa müdaxilə edir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

O, bildirib ki, hazırkı Moldova hakimiyyəti sentyabrda keçiriləcək parlament seçkilərində 500 min bülleteni doldurmağı planlaşdırır.

"Biz görürük ki, Avropa İttifaqı müxtəlif bəyanatları və Moldovaya səfərləri ilə artıq birbaşa seçki kampaniyasında iştirak edir", - Dodon vurğulayıb.

Qeyd edək ki, Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək. Baş nazirin namizədliyi və hökumətin tərkibi qanunvericilər tərəfindən təsdiqlənəcək. Seçkilər vahid seçki dairəsi üzrə keçiriləcək.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
bakivaxti.az

2Источники