RU

“Azərbaycanın liderliyi və yeni status kvosu ilə artıq hər kəs hesablaşır” Ramiz Yunus

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Fransanın Azərbaycandakı səfiri Anna Buayonun Qarabağ bölgəsinə – Laçın, Şuşa, Xankəndi və Ağdama səfəri təkcə diplomatik deyil, həm də ciddi siyasi simvolizm daşıyır. Bu fikri politoloq Ramiz Yunus bildirib.

Onun sözlərinə görə, Fransanın səfirinin uzun illər işğal altında olan ərazilərə səfəri həm Ermənistanda, həm də Fransada emosional reaksiya doğurub. 

“Amma sual olunur: siz nə gözləyirdiniz, cənablar?”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıqla artıq bütün beynəlxalq güclər hesablaşmağa məcburdur:

“İllərdir deyirdik ki, Azərbaycanın qələbəsi və liderliyi regionda yeni reallıq yaradacaq. Amma bəzi dairələr bizi Fransa, ABŞ və Avropa İttifaqı ilə qorxutmağa çalışırdı”.

Onun fikrincə, bu gün həmin dairələrin nümayəndələri, o cümlədən Fransanın səfiri, işğaldan azad olunan ərazilərə məmnuniyyətlə səfər edirlər. Bu isə Azərbaycan diplomatiyasının və dövlət strategiyasının uğurlu nəticəsidir.

Ramiz Yunus əlavə edib ki, Azərbaycanın daxili və xarici siyasəti artıq vahid strateji xətt üzrə həyata keçirilir və bu konsepsiya həm siyasi, həm də geosiyasi baxımdan uğurludur: “Azərbaycanın öz strategiyası var və bu strategiya düşünülmüş, ardıcıl şəkildə icra olunur. Nəticədə regionda yaranan yeni düzənlə dünya dövlətləri hesablaşmağa başlayıb”.

Sonda politoloq Uinston Çörçillin məşhur fikrini xatırladaraq bildirib: “Əgər yol boyu hürən hər itə daş atmağa çalışsanız, mənzil başına çata bilməzsiniz. Azərbaycanın hazırkı strategiyası da bu prinsipə əsaslanır – hədəfə doğru ardıcıl və məqsədyönlü irəliləyirik”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
azpolitika.info

1Источники