RU

Dairədə qayda pozan qadın sürücü “Chevrolet”i avtobusa çırpdı ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş vermiş yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 20-də səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, “Chevrolet Cruze“ markalı maşın, 92 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusla toqquşub. Qəzaya səbəb “Chevrolet” sürücüsünün qayda pozması olub. Belə ki, o, dairəvi hərəkət təşkil edilmiş yolayırıcında növbəsini gözləmədən hərəkət edib və bu vaxt sol tərəfdən gələn avtobusa çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə maddi ziyan dəyib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
avtosfer.az

1Источники