"ABŞ hazırda İranla nəyisə müzakirə etmək istəyində deyil. Şərt o idi ki, İran nüvə proqramını bağlasın, uranın zənginləşdirilməsi ilə məşğul olmasın".
Bu barədə deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, danışıqların nəticəsində və şərtlərin qəbul olunacağı təqdirdə İranı sanksiyalardan azad etmək məsələsi gündəmdə idi.
Onun sözlərinə görə, əgər indi İranın nüvə proqramı darmadağın olubsa, Tehran hökuməti bu işi dayandırmağın müqabilində nə istəyəcək?!
Rasim Musabəyov: İranın nüvə proqramı darmadağın olubsa, Tehran bu işi dayandırmağın müqabilində nə istəyəcək?
“Onsuz da dayanıb. Sadəcə olaraq, məlumata görə, İranın 400 kq. həcmində, təxminən 60 faizədək zənginləşdirilmiş uranları var idi” deyən deputat hesab edir ki, ola bilsin, onu təhvil verməyin müqabilində, yəni iqtisadi baxımdan, yaxud sanksiya məsələsində hansısa güzəştləri əldə edə bilsinlər.
“Danışıqların mahiyyəti bu, ola bilər. Ondan sonra hərbi əməliyyatların dayandırılması mümkündür", - deyə Rasim Musabəyov əlavə edib.
Aydın Baxış