“ABŞ bölgədəki ərəb rəsmilərinə İsrailin döyüşlərin tezliklə bitməsini istədiyini bildirib və onlardan bu mesajı İrana çatdırmağı xahiş edib. Tehran hələ geri çəkilməyə hazır olmadığı, həmçinin ABŞ-nin İranın nüvə obyektlərinə hücumuna cavab vermək məcburiyyətində qaldığını deyib”, - qəzet yazır.
![]() |
İrandakı uran hara “yoxa çıxıb”? | VİDEO |
Xatırladaq ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. Vaşinqton hücumun İranın nüvə proqramını məhv etmək və ya ciddi şəkildə zəiflətmək üçün həyata keçirildiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az