RU

UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə inanılmaz bir yerdir"

Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü, keçmiş orta çəki çempionu və şərhçi Maykl Bispinq Bakı haqqında danışıb.

"Report"un məlumatına görə, o, şəxsi yutub kalanında şəhər barədə təəssüratlarını bölüşüb.

UFC əfsanəsi Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb.

Bisping səhər qaçışı zamanı vlog çəkərək izləyicilərinə paytaxtın mərkəzini, o cümlədən “İçərişəhər”i nümayiş etdirib:

“Ola bilsin ki, bir gün Bakıya səyahət etmək şansınız olacaq – mütləq tövsiyə edirəm. Sadəcə inanılmaz bir yerdir, möhtəşəm memarlığı var. Burada Formula 1 Qran-Prisi keçirilir, artıq UFC də. Azərbaycanda idmana böyük sevgi var”.

Избранный
20
13
report.az

10Источники